“Silk Vey Vest Aviaşirkəti”nin istiqrazlarına 26 investor maraq göstərib

Maliyyə
  • 27 dekabr, 2021
  • 12:05
“Silk Vey Vest Aviaşirkəti”nin istiqrazlarına 26 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də “Silk Vey Vest Aviaşirkəti” MMC-nin 10 milyon ABŞ dolları dəyərində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb. Qiymətli kağızlar standart bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 26 investor ümumi məbləği 14,002 milyon dollar təşkil edən 36 sifariş təqdim edib və yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.

44 filmi