Sığorta sektorunun əməkdaşları üçün "Nitq mədəniyyəti" təliminə start verilib

Maliyyə
  • 06 noyabr, 2025
  • 12:58
Sığorta sektorunun əməkdaşları üçün Nitq mədəniyyəti təliminə start verilib

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Tədris Mərkəzində sığorta sektorunun rəhbər şəxsləri və əməkdaşları üçün "Nitq mədəniyyəti" mövzusunda təlimə start verilib.

Bu barədə "Report" ASA-ya istinadən xəbər verir.

Məlumata əsasən, təlimi Azərbaycan Mərkəzi Bankının mətbuat katibi Namiq Əliyev aparıb. Təlim zamanı iştirakçılara nitqin düzgün qurulması, səs, söz və pauzanın nitq mədəniyyətində rolu, media ilə effektiv ünsiyyət, kamera qarşısında çıxış, müsahibə və təqdimat bacarıqları kimi mövzular barədə geniş məlumat verilib.

Təlimin məqsədi sığorta sektorunda ictimai çıxış və media münasibətlərində peşəkarlığın artırılması, kommunikasiya keyfiyyətinin yüksəldilməsi və informasiya mədəniyyətinin inkişafıdır.

Proqram çərçivəsində iştirakçılar üçün simulyasiya və praktiki tapşırıqlar da təşkil olunub. Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif ediləcəklər.

Son xəbərlər

Bütün Xəbər Lenti