Səudiyyə Ərəbistanı Rusiya-Çin investisiya fonduna 500 mln. dollar pul qoyacaq

Maliyyə
  • 26 oktyabr, 2018
  • 05:46
Səudiyyə Ərəbistanı Rusiya-Çin investisiya fonduna 500 mln. dollar pul qoyacaq

Bakı. 26 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının suveren fondu sayılan İctimai İnvestisiya Fondu (Public Investment Fund – PIF) Rusiya-Çin investisiya fonduna 500 mln. dollar pul qoyacaq.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondundan bildirilib.

Məlumata görə, bununla da, birgə fondun kapitalı 2,5 mlrd. dollara çatacaq.

Qeyd edək ki, Birbaşa İnvestisiyalar Fondu açıq platforma sayılır və beynəlxalq institusional investorlardan da əlavə kapital cəlb edə bilər. 

44 filmi