"Səba"nın səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 29 yanvar, 2026
  • 12:38
Səbanın səhmdarlarının yığıncağı keçiriləcək

Martın 16-da, saat 15:00-da "Səba" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 60 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2025-ci il üzrə maliyyə hesabatlarlarının təsdiq edilməsi, mülkiyyətdə olan və uçotdan kənarda qalmış Ağsu rayonunun Ləngəbiz kəndində yerləşən 1,5733 ha torpaq sahəsinin alqı-satqı yolu ilə özgəninkiləşdirilməsi, Direktorlar Şurasının fəaliyyəti və qəbul etdiyi qərarların müzakirə olunması, dividendlərin elan edilməsi daxildir.

"Səba" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3%-i Hidayət Quliyevə, yenə də 37,3%-i "Baku Investment Company" MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə, 0,4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti