Şahmar Mövsümov: “Kredit güzəştlərinə baxılması hazırda müzakirə olunmur”
- 03 iyul, 2020
- 15:00
Yeniliklərdən dərhal xəbərdar olun!
“Ola bilsin, gələcəkdə dövlətin kreditlərlə bağlı güzəşt paketlərinə baxmasına ehtiyac yaransın”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.
Bank öhdəliklərini yerinə yetirə bilməyənlər üçün hər hansı güzəştin nəzərdə tutulub-tutulmaması ilə bağlı məsələyə münasibət bildirərkən o qeyd edib ki, ilkin tədbirlər paketi zamanı Azərbaycan Banklar Assosiasiyası və Mərkəzi Bankın iştirakı ilə güzəştlərin veriməsinə dair müzakirələr keçirilmişdi: "Bu güzəştlərin biznes və banklar arası razılaşmalar əsasında həyata keçirilməsi daha məqsədəuyğun hesab olunub. Gələcəkdə dövlətin bu paketlərə baxmasına, ola bilsin, ehtiyac yaransın. Amma hazırda belə məsələ müzakirə olunmur”, - o əlavə edib.
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri (22.08.2025) pic.twitter.com/yjtTTjmeWa
— İlham Əliyev (@azpresident) August 23, 2025