Sahibkarlığın İnkişafı Fondu sığortaçı seçir

Maliyyə
  • 28 oktyabr, 2020
  • 05:09
Sahibkarlığın İnkişafı Fondu sığortaçı seçir

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu əməkdaşlarının tibbi sığortalanması üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini oktyabrın 30-u, saat 12:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 310-23-02 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.