Sahibkarların manatla aldıqları kreditin təminatı mexanizmi müzakirə edilib

Maliyyə
  • 10 avqust, 2023
  • 11:03
Sahibkarların manatla aldıqları kreditin təminatı mexanizmi müzakirə edilib

İpoteka və Kredit Zəmanət Fondunda sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı mexanizminə həsr olunmuş görüş keçirilib.

"Report" Fonda istinadən xəbər verir ki, görüşdə qurumla əməkdaşlıq edən 18 müvəkkil bankın 50-dən çox təmsilçisi iştirak edib.

Görüşdə portfel təminatı mexanizmi ilə bağlı təqdimat nümayiş etdirilib, bank əməkdaşlarının sualları cavablandırılıb.