S&P: "Azərbaycan banklarının kreditləşməsi 2023-cü ildə ötən ilki səviyyəyə çata bilər

Maliyyə
  • 13 noyabr, 2021
  • 09:13
S&P: Azərbaycan banklarının kreditləşməsi 2023-cü ildə ötən ilki səviyyəyə çata bilər

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2021-2022-ci illərdə Azərbaycan banklarından yeni kreditlərin verilməsinin ləngiyəcəyini gözləyir.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings”in Qafqaz və Mərkəzi Asiya (CCA) üzrə hesabatında bildirilib.

Sənədə əsasən, Azərbaycan banklarının kredit portfelinin ümumi daxili məhsulda (ÜDM) payı bu il 18 %, gələn il 19 %, 2023-cü ildə isə 20200-ci ilin səviyyəsinə çataraq 20 % təşkil edəcəyi gözlənilir.

“Bankların kredit xərcləri, kredit portfelinin təxminən 2,5-3 % səviyyəsində qalacaq, halbuki, bu rəqəm, 2015-2019-cu illərdə orta hesabla 3,2 % olub. Qarşıdakı iki il ərzində problemli kreditlərin artması və bankların gəlirliliyinin azalması ilə aktivlərin keyfiyyəti üzərində təzyiqlər davam edəcəyini gözləyirik. Bəyan edilən problemli kreditlərin ötən ilin sonuna olan 6 %-lik göstəricidən bu il 10 %-ə yüksələ bilər. Eyni zamanda, kölgə iqtisadiyyatı səbəbiylə, rəsmi rəqəmlər iqtisadi subyektlərin borc ödəmə qabiliyyətini və problemli kreditlərin həqiqi səviyyəsini düzgün əks etdirməyə bilər.

Ölkədaxili depozitlərin təxminən 50 %-nin xarici valyutada olması, müştərilərin əmanətlərinin yüksək dollarlaşması bank sektorunda valyuta və kredit risklərini gücləndirməkdə davam edir.

Pandemiya ilə bağlı qeyri-müəyyənliklər və iqtisadi fəaliyyət üzərindəki təsiri səbəbi ilə vəziyyətin pisləşməsi riskləri qalır. Azalan iqtisadi fəallığ və pandemiya ilə bağlı məhdudiyyətlər, iqtisadiyyat, xüsusən də ticarət, turizm, pərakəndə və qonaqlama sektorları üzərində əlavə təzyiq yarada bilər ki, bu da, bank sektorunun aktivlərin keyfiyyətinə təzyiq göstərə bilər", - hesabatda deyilir.

"S&P"nin proqnozlarına görə, ötən il qeydə alınan 4,3 %-lik kiçilmədən sonra Azərbaycan iqtisadiyyatı bu il 4 %, növbəti 3 ildə isə orta hesabla 1,7 % böyüyəcək.

Hesabata əsasən, pandemiya ilə bağlı stressdən başqa, Dağlıq Qarabağ üzərində son hərbi münaqişə səbəbi ilə artan təzyiq, neft qiymətlərinin artmasının və qeyri-neft sektorundakı canlanmanın müsbət təsiri ilə qismən kompensasiya edələcək.

"Pandemiyanın təsirləri azaldıqca, maliyyə gəlirlərini dəstəkləyən nisbətən daha yüksək neft qiymətləri və qeyri-karbohidrogen gəlirlərində artım görürük. Eyni zamanda, ümumi dövlət xərcləri, hökumətin planlaşdırdığı yenidənqurma tədbirləri və müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitlərin artırılması səbəbi ilə əvvəllər nəzərdə tutulduğundan daha yüksək səviyyələrə qalxacaq. Çətin iş şərtləri bank sektorunun biznesinin böyüməsinə və qazanc perspektivlərinə təzyiq yaradacaq. Bunlar davamlı xarici zəifliklərlə birlikdə bankların kapital buferlərinə və aktivlərin keyfiyyətinə daha çox təsir göstərə bilər", - hesabatda deyilir.