"S&P" 2025-2026-cı illər üçün Azərbaycanda inflyasiya proqnozunu yeniləyib

Maliyyə
  • 13 noyabr, 2025
  • 12:37
S&P 2025-2026-cı illər üçün Azərbaycanda inflyasiya proqnozunu yeniləyib

"S&P Global" beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 6 %, 2026-cı ildə 4,5 % və 2027-ci ildə 4 % səviyyəsində proqnozlaşdırır.

Bu barədə "Report" "S&P"yə istinadən məlumat verir.

İlin əvvəlində agentliyin inflyasiya gözləntiləri 2025-ci il üçün 4 %, 2026-cı il üçün isə 3 % səviyyəsində olub.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkədə orta illik inflyasiya 5,4 %, 2026-cı ildə 4,8 %, 2027-ci ildə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına görə (2025-ci ilin oktyabr ayı), cari ildə inflyasiya 6 % həddində, 2026-cı ildə isə təxminən 5,7 % olacaq.

BMT 2025-ci ildə Azərbaycanda inflyasiyanı 3,6 %, gələn il isə 3,1 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanı 2,3 % səviyyəsində gözləyir.

Asiya İnkişaf Bankı 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 4,2 %, 2026-cı ildə isə 3,5 % səviyyəsində proqnozlaşdırır.

"Moody's" beynəlxalq reytinq agentliyi 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanı müvafiq olaraq 4 % və 3 %, "Fitch Ratings" 2025-ci ildə 5,3 %, 2026-cı ildə 4,6 %, Niderlandın "ING Group"u 2025-ci ildə 5,8 %, 2026-cı ildə 5,9 %, 2027-ci ildə isə 8,9 % səviyyəsində proqnozlaşdırır.

Xatırladaq ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvar-sentyabr aylarında isə 5,7 % təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti