Rusiyanın Maliyyə Nazirliyi valyuta bazarına müdaxiləni davam etdirir
- 08 may, 2019
- 12:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Maliyyə Nazirliyi büdcə qaydalarına uyğun olaraq, mayın 14-dən 6-na qədərki 18 iş günü ərzində hər gün bazardan 16,7 milyard rubl (təxminən, 257 milyon ABŞ dolları) dəyərində xarici valyuta alacaq.
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Son nəticədə qurum valyuta bazarına 300,5 milyard rublluq (təxminən, 4,6 milyard dollar) müdaxilə edəcək. Məqsəd neftin satışından əldə olunan əlavə gəlirləri toplamaqdır.
Xatırladaq ki, Maliyyə Nazirliyinin aprelin 5-dən mayın 13-nə qədər davam edən dövrdə, təxminən, 255 milyard rubl (təxminən, 3,9 milyard dollar) dəyərində xarici valyutanı dövriyyədən çıxarmağı planlaşdırır.
Ən son məlumatlara görə, Rusiyanın valyuta ehtiyatları 491,6 milyard dollardır.