Rusiyada dollar 58 rublu ötüb
Maliyyə
- 18 may, 2017
- 12:26
Bakı. 18 may. REPORT.AZ/ Rusiyada ABŞ dollarının məzənnəsi 58 rubl səviyyəsini ötüb.
"Report" RİA agentliyinə istinadən xəbər verir ki, buna səbəb dünya neft bazarında qiymətlərin düşməsi amili olub. Belə ki, "Brent" markalı neftin qiyməti bu gün, mayın 18-də Səudiyyə Ərəbistanının maliyyə nazirinin açıqlamalarından sonra 51 dollar/barelə qədər geriləyib. Qeyd edək ki, nazir ölkəsinin neftdən asılılığının 2030-cu ilə qədər bitəcəyini, 2020-ci ildə isə neftin qiymətinin 40 dollar/barelə qədər düşməsinin ciddi problem yaratmayacağını açıqlayıb.
Hazırda Rusiyada dolların məzənnəsi 57,9 RUB/USD səviyyəsində qərarlaşıb. "Report"un analitik qrupu məzənnənin ilin sonuna qədər 55-60 rubl/dollar diapazonunda qalacağını proqnozlaşdırır.
Son xəbərlər
01:03
Umarali Raxmonaliyev: "Hapoel"ə qarşı əla mübarizə apardıq
Futbol00:44
AFFA prezidenti "Sabah"ı təbrik edib
Futbol00:36
Neyt Herrinq: İran Trampın kiçik oğlu Berronu öldürməklə təhdid edir
Digər ölkələr00:27
Valdas Dambrauskas: "Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır
Futbol00:20
Ran Kojuk: "Sabah"la oyun asan olmadı
Futbol00:00
Bu gün Laçın Şəhəri Günüdür
Daxili siyasət23:55
"Lufthansa" aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
İnfrastruktur23:50
Amerikalı müğənni Dolli Parton vəfat edib
Şou-biznes23:42