Rusiya Ukraynaya pul köçürmələrini məhdudlaşdırıb

Maliyyə
  • 04 aprel, 2017
  • 12:14
Rusiya Ukraynaya pul köçürmələrini məhdudlaşdırıb

Bakı. 4 aprel. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin ölkədən Ukraynaya xarici ödəniş sistemləri vasitəsilə pul köçürmələrinin qadağan olunması barədə qanun imzalayıb. 

"Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, düzəlişlərin edilməsi ilə hər hansı xarici ölkə tərəfindən Rusiyanın ödəniş sistemlərini məhdudlaşdıran addımlar atılarsa, Rusiyadan bu ölkəyə pul köçürmələri ancaq Rusiya tərəfindən nəzarət olunan sistemlərlə həyata keçiriləcək.

Qeyd edək ki, qanun layihəsi Ukraynanın 2016-cı ilin oktyabr ayında Rusiyanın "Kolibri", "Zolotaya Korona", "Blizko", "Lider", "Unistream" və "Anelik" ödəniş sistemlərinə qoyulan qadağaya cavab addımı kimi qiymətləndirilir. Həmçinin, Ukraynada "WebMoney", "Yandeks.Dengi", "QIWI Wallet" və "Wallet One"ın "Edinıy Koşelyok" sistemlərinə qadağa tətbiq edilir.