Rusiya islahatlar keçirməsə, ÜDM 2%-dən çox artmayacaq

Maliyyə
  • 05 fevral, 2018
  • 13:09
Rusiya islahatlar keçirməsə, ÜDM 2%-dən çox artmayacaq

Bakı. 5 fevral. REPORT.AZ/ Bu il Rusiya iqtisadiyyatının artım tempinin 1,5-2% təşkil edəcəyi gözlənilir. Onun sürətlənməsi üçün struktur islahatları proqramı həyata keçirilməlidir.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının ekspertlərinin hazırladığı materiallarda bildirilir.

"İqtisadi artımın əsas amili işgüzar tsiklin mənfi fazasının bitməsi və tsiklik artıma qayıdılmasıdır. Bu da illik 1,5-2% iqtisadi artıma uyğun gəlir. Buna bənzər artım göstəricilərini 2018-ci ildə də gözləyirik",- deyə ekspertlər bildiriblər.

2018-ci il mart seçkilərindən sonra yeni hökumətin formalaşmasından sonra iqtisadi islahatlar diqqət mərkəzində olacaq. İslahatlar proqramının açıqlanması artıq iqtisadi artımın 2,5%-ə qədər sürətlənməsinə səbəb ola bilər. Daha yüksək artım templəri hökumətin konkret addımlarından və dəyişikliklərin sürətindən asılı olacaq.

44 - Tezliklə