Rusiya iqtisadiyyatı ötən il 0,2% azalıb

Maliyyə
  • 01 fevral, 2017
  • 14:06
Rusiya iqtisadiyyatı ötən il 0,2% azalıb

Bakı. 1 fevral. REPORT.AZ/ Ötən il ərzində Rusiya iqtisadiyyatında illik müqayisədə 0,2% azalma qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Rusiya Statistika İdarəsindən məlumat verilib. 

Hesabata görə, Rusiya iqtisadiyyatı 2016-cı ilin yekununa görə 85,88 trln. rubl və ya 1,43 trln. ABŞ dolları təşkil edib. ÜDM əsasən kənd təsərrüfatı, meşə təsərrüfatı, faydalı qazıntıların hasilatı, emal sənayesində qeydə alınıb. Azalan sektorlar arasında isə balıqçılıq, inşaat, pərakəndə və topdan satış, mehmanxana və restoran biznesi olub.