Rusiya hökuməti dövriyyəyə yeni avrobondlar buraxıb

Maliyyə
  • 17 mart, 2018
  • 08:58
Rusiya hökuməti dövriyyəyə yeni avrobondlar buraxıb

Bakı. 17 mart. REPORT.AZ/ Rusiyanın Maliyyə Nazirliyi 4 mlrd. ABŞ dolları məbləğində 2 partiya yeni avrobond yerləşdirib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, 1-ci partiya avrobondlar 11 il müddətində dövriyyədə olacaq. Onların gəlirliliyi 4,625%, ümumi dəyəri 1,5 mlrd. dollar, satış qiyməti isə nominal dəyərinin 97,863%-i qədərdir.

2-ci partiya avrobondlar isə 29 il müddətinə buraxılıb. Onların gəlirliliyi 5,25%, ümumi məbləği isə 2,5 mlrd. dollar, satış qiyməti isə nominal dəyərinin 99,9915%-i qədərdir.

Avrobondların yerləşdirilməsindən əldə olunacaq vəsait hesabına Rusiyanın tədavül müddəti 2030-cu ildə başa çatmalı olan və bir qədər yüksək gəlirliliklə buraxılmış istiqrazlarının geri alınmasına sərf olunacaq. Bunun üçün 3,2 mlrd. dollar lazımdır.