“Royal Bank”ın təminatsız kreditorlarına növbəti dəfə ödəniş ediləcək

Maliyyə
  • 21 sentyabr, 2021
  • 09:12
“Royal Bank”ın təminatsız kreditorlarına növbəti dəfə ödəniş ediləcək

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu olan "Royal Bank" ASC-nin kreditorlarına müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə deyilir ki, bu gündən növbəlikdə sonuncu sırada olan təminatsız kreditorlara növbəti dəfə ödəniş ediləcək.

Ödəniş nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlar ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini təqdim edə bilərlər.