"Regional" BOKT ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 17 may, 2022
  • 13:09
Regional BOKT ötən ili mənfəətlə başa vurub

"Regional" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 52 min manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2020-ci ildən 4 min manat zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, bu il yanvarın 1-nə "Regional"ın aktivləri 1,216 milyon manat olub ki, bu da illik müqayisədə 2,7 dəfə çoxdur. Bunun 775 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 5,1 dəfə böyüyüb.

Hesabat dövründə "Regional"ın öhdəlikləri 51,1 dəfə artaraq 716 min manata, balans kapitalı isə 16 % artaraq 500 min manata çatıb.

Xatırladaq ki, "Regional" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır.