"Rabitəbank" Lənkəranda iməcilik aksiyası keçirdi

Maliyyə
  • 04 noyabr, 2025
  • 11:36
Rabitəbank Lənkəranda iməcilik aksiyası keçirdi

"Rabitəbank" ASC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində təbiətin qorunması və ekoloji maarifləndirməyə dəstək məqsədilə növbəti ekoloji təşəbbüsünü həyata keçirib.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, bankın Lənkəran və Masallı filiallarının əməkdaşlarının iştirakı ilə Lənkəran rayonunun Xanbulan ərazisində iməclilik aksiyası təşkil olunub.

Aksiya çərçivəsində ərazidə tullantıların toplanması və təmizlənməsi işləri aparılıb, ümumilikdə 1 tona yaxın məişət tullantısı yığılıb. Aksiyanın əsas məqsədi ətraf mühitin təmiz saxlanılması, yaşıllıq ərazilərinin qorunması və ekoloji dəyərlərə ictimai diqqətin artırılması olub.

Qeyd edək ki, "Rabitəbank" mütəmadi olaraq ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsinə yönələn sosial layihələr həyata keçirir. Bankın korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri ölkəmizin ekoloji davamlılığına və yaşıl gələcəyinə töhfə verməkdir.

Hal-hazırda "Rabitəbank" ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Son xəbərlər

Bütün Xəbər Lenti