Qızılın qiyməti yeni rekorda imza atıb

Maliyyə
  • 11 aprel, 2025
  • 04:12
Qızılın qiyməti yeni rekorda imza atıb

Qızılın qiyməti yeni rekorda imza ataraq bir unsiyası 3 212 dollara satılıb.

Bu barədə “Report” “Comex” birjasının məlumatlarına istinadla xəbər verir.

Bakı vaxtı ilə saat 02:33-ə olan məlumata görə, qiymətli metalın unsiyası 3209,7 dollar (+2,17%), 02:48-də isə 3212 dollara (+2,24%) ticarət edilib.

Analitiklər hesab edirlər ki, dünyada qızılın qiymətinin bahalaşmasına Amerika Birləşmiş Ştatlarının 185 ölkə ilə ticarət müharibəsi səbəb olur. Burada, həmçinin qiymətli metalın təhlükəsiz aktiv kimi cəlbediciliyi rol oynayır.