Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Maliyyə
  • 08 oktyabr, 2025
  • 05:46
Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Nyu York Ticarət Birjasının bölməsi olan "Comex"də 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 019 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb.

Bu barədə "Report" ticarət platformasının məlumatlarına istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 3:01-də qiymətli metalın qiyməti 1 unsiya üçün 4 015 dollara (0,49 % artıb) çatıb.

Bakı vaxtı ilə saat 4:05-ə olan məlumata görə, qızılın qiymət yüksəlişi sürətlənib və bir troya unsiyası üçün 4 019,5 dollara (0,61 % artaraq) - bütün zamanların ən yüksək həddinə çatıb. Bu arada, "Comex" birjasında 2025-ci ilin dekabr ayı üçün gümüş fyuçersləri 47,82 dollar (1,2 % aşağı) səviyyəsində olub.

Əvvəllər qızılın qiyməti yeni rekorda çataraq bir troya unsiyası üçün 4 000 dolları keçmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti