Qızıl korreksiya çərçivəsində ucuzlaşıb

Maliyyə
  • 02 mart, 2022
  • 06:23
Qızıl korreksiya çərçivəsində ucuzlaşıb

Beynəlxalq gərginliyin artması səbəbindən dünən 2% bahalaşan qızıl bu gün korreksiya çərçivəsində ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,31%, yaxud 6 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 937,75 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 1,05% düşərək, 1 unsiyası 25,273 ABŞ dolları təşkil edib.

Bir sıra ölkələr Ukraynaya qarşı hərbi əməliyyatlara başlamış Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq ediblər. Dünən Avropa İttifaqı ölkələri Rusiyaya qarşı bir sıra sanksiyaların tətbiq edilməsini razılıq veriblər. Bu sanksiyalara müəyyən Rusiya banklarının SWIFT beynəlxalq banklararası ödəniş sistemindən çıxarılması da daxildir. Belə bir şəraitdə qızıl etibarlı aktiv kimi üstünlük qazanmaqdadır.

Bununla belə, analitiklər hesab edirlər ki, bu sanksiyalar dünya iqtisadiyyatının artım templərini ləngidə bilər.