"Qara cümə" münasibətilə "Yelo invest"də komissiyasız alış kampaniyası!

Maliyyə
  • 18 noyabr, 2025
  • 13:49
Qara cümə münasibətilə Yelo investdə komissiyasız alış kampaniyası!

İnvestisiya dünyasına addım atmaq indi daha sərfəli və rahatdır. "Yelo invest" istifadəçiləri üçün Qara cümə münasibətilə xüsusi kampaniya başladı! 2025-ci ilin noyabr ayının sonuna qədər bütün səhm və ETF alışı (10 USD-dən yuxarı səhmlərdə) əməliyyatlarını tamamilə komissiyasız həyata keçirmək mümkündür. Kampaniya həm bazar, həm də limit sifarişləri ilə edilən əməliyyatlara şamil olunur.

"Yelo invest" nədir?

Onlayn investisiya artıq gündəlik həyatın bir parçasıdır. Dünyanın istənilən yerindən, istənilən vaxt maliyyə bazarlarına qoşulmaq, portfelini idarə etmək və əlavə gəlir qazanmaq indi çox daha rahatdır. "Yelo Bank" müştərilərinə bu üstünlüyü təqdim edir: tam onlayn investisiya platforması – "Yelo invest"! "Unicapital İnvestisiya Şirkəti" ilə birgə hazırlanan bu xidmət investorlara qlobal bazarlara çıxış imkanı verir.

"Yelo invest" ilə ABŞ-ın məşhur şirkətlərinin səhmlərinə və ETF-lərinə sahib olmaq, portfelini idarə etmək və dividendləri izləmək sadə interfeys sayəsində çox asandır. Qeydiyyat prosesi sürətli və tam onlayndır – filiala getmədən, lazımi sənədləşmələri sadəcə "Yelo App"də SİMA rəqəmsal imza ilə həyata keçirmək mümkündür.

Platforma həm yeni başlayanlar, həm də təcrübəli investorlar üçün nəzərdə tutulub. İstifadəçilərə 16 saatlıq treyd imkanı təqdim olunur: bazar açıq olduğu vaxtlarla yanaşı, pre-market və after-market saatlarında da əməliyyat aparmaq mümkündür. Müştərilər bazar sifarişi ilə dərhal alış edə və ya limit sifarişi ilə daha sərfəli qiyməti gözləyə bilərlər.

Alış AZN və USD valyutalı Yelo kart və ya "Yelo Bank" hesabı vasitəsilə həyata keçirilir. Alınan səhmlər realdır – bu da müştəriləri birbaşa həmin şirkətlərin payçısına çevirir.

"Yelo invest" ilə indi daha çox nəzarət, daha çox rahatlıq və daha çox fürsət sənin əlindədir. Sən də "Yelo App"i yüklə və Qara cümə kampaniyasından faydalanaraq investisiya dünyasına rahat addım at: https://bit.ly/44kUcc0.

Bank xidmətlərinə dair əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

"Yelo Bank" – Parlaq bankçılıq!

Son xəbərlər

Bütün Xəbər Lenti