"Qala Sığorta"nın xalis mənfəəti 48 %-ə yaxın azalıb

Maliyyə
  • 08 avqust, 2026
  • 15:11
Qala Sığortanın xalis mənfəəti 48 %-ə yaxın azalıb

"Qala Sığorta" ASC bu ilin I yarısını 3,538 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,65 % azdır.

Yanvar-iyun aylarında "Qala Sığorta"nın gəlirləri 37,828 milyon manat (1 il əvvələ nisbətən 19,3 % az), xərcləri 33,405 milyon manat (13,05 % az), mənfəət vergisi ödəmələri isə 885 min manat (47,65 % az) təşkil edib.

Bu il iyulun 1-nə "Qala Sığorta"nın aktivləri 89,671 milyon manat olub ki, bu da illik müqayisədə 7,2 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 10,55 % azalaraq 64,916 milyon manata düşüb, balans kapitalı isə 2,95 % artaraq 24,754 milyon manata çatıb.

Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10,018 milyon manatdır.

44 - Tezliklə