“Qafqaz-Kredit” BOKT-un xalis mənfəəti 70% artıb
- 27 mart, 2023
- 08:33
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qafqaz-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 39 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 69,6 % çoxdur.
Ötən il “Qafqaz-Kredit”in vergiyəqədərki mənfəəti 49 min manat (əvvəlki ilə nisbətən 69 % çox), mənfəət vergisi ödəmələri isə 10 min manat (66,7 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Qafqaz-Kredit”in aktivləri 1,177 milyon manat olub ki, bu da illik müqayisədə 1,9 % çoxdur. Bunun 880 min manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 9,9 % kiçilib.
Hesabat dövründə “Qafqaz-Kredit”in öhdəlikləri 29,2 % azalaraq 167 min manata düşüb, balans kapitalı isə 9,9 % artaraq 1,01 milyon manata çatıb.
Xatırladaq ki, “Qafqaz-Kredit” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 592 min manatdır. BOKT-un təsisçiləri Arif Qurbanov (direktor, 33,3%), Xalisə Əminova (33,4%) və Züleyxa Rəsulovadır (33,3%).