“Qafqaz-Kredit” BOKT maliyyə vəziyyətini açıqlayıb
- 02 iyun, 2025
- 16:17
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qafqaz-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 54 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 35 % çoxdur.
Ötən il “Qafqaz-Kredit”in vergiyəqədərki mənfəəti 67 min manat (əvvəlki ilə nisbətən 34 % çox), mənfəət vergisi ödəmələri isə 13 min manat (18,2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Qafqaz-Kredit”in aktivləri 1,193 milyon manat olub ki, bu da illik müqayisədə 1,3 % çoxdur. Bunun 1,101 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 9,2 % böyüyüb.
Hesabat dövründə “Qafqaz-Kredit”in öhdəlikləri 2,6 dəfə azalaraq 36 min manata düşüb, balans kapitalı isə 6,5 % artaraq 1,156 milyon manata çatıb.
Xatırladaq ki, “Qafqaz-Kredit” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 592 min manatdır. BOKT-un təsisçiləri Arif Qurbanov (direktor, 33,3%), Xalisə Əminova (33,4%) və Züleyxa Rəsulovadır (33,3%).