"PwC Azerbaijan" 2-ci illik CEO araşdırmasının nəticəsini açıqlayıb

Maliyyə
  • 15 mart, 2018
  • 06:18
PwC Azerbaijan 2-ci illik CEO araşdırmasının nəticəsini açıqlayıb

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən şirkətlərin 66%-i gəlir perspektivlərindən əmindir. 

"Report" xəbər verir ki, bu barədə "PwC" audit şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayev məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi şirkət 2-ci illik CEO araşdırmasının nəticəsini açıqlayıb. "Bu, 21-ci illik qlobal CEO sorğusunun bir hissəsidir. Sorğu 40 Azərbaycan şirkətinin CEO-su arasında keçirilib. Biz sorğuya ölkənin ümumi daxili məhsulundan (ÜDM) payı çox olan şirkətləri seçmişik".