"PSG-Kapital İnvestisiya Şirkəti"nin xalis mənfəəti 35 % azalıb
- 03 iyun, 2024
- 05:01
Yeniliklərdən dərhal xəbərdar olun!
“PSG-Kapital İnvestisiya Şirkəti” QSC 2023-cü ili 565 min manat xalis mənfəətlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 34,5 % azdır.
Ötən il “PSG-Kapital”ın vergiyəqədərki mənfəəti 739 min manat (əvvəlki illə müqayisədə 32,1 % az), mənfəət vergisi ödəmələri isə 173 min manat (23,1 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “PSG-Kapital”ın aktivləri 33,508 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 27,2 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 39,1 % artaraq 23,745 milyon manata, balans kapitalı isə 5,3 % artaraq 9,763 milyon manata çatıb.
Xatırladaq ki, “PSG-Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,25 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% Faiq Məmmədovdur ("PSG Finans" MMC bank olmayan kredit təşkilatının 12,5%-lik təsisçisi). İnvestisiya şirkəti Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının market-meykeridir.