"PSG-Kapital İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 11 iyun, 2025
  • 09:43
PSG-Kapital İnvestisiya Şirkəti maliyyə vəziyyətini açıqlayıb

“PSG-Kapital İnvestisiya Şirkəti” QSC 2024-cü ili 365 min manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 37,7 % azdır.

Ötən il “PSG-Kapital”ın vergiyəqədərki mənfəəti 455 min manat (əvvəlki illə müqayisədə 39,1 % az), mənfəət vergisi ödəmələri isə 90 min manat (45,2 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “PSG-Kapital”ın aktivləri 32,698 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 5,6 dəfə artaraq 23,729 milyon manata, balans kapitalı isə 2,8 % artaraq 8,969 milyon manata çatıb.

Xatırladaq ki, “PSG-Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,25 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% Faiq Məmmədovdur.

"PSG-Kapital” Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının market-meykeridir.