"Prior Leasing" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 01 sentyabr, 2026
  • 12:25
Prior Leasing maliyyə vəziyyətini açıqlayıb

"Prior Leasing" ASC 2025-ci ili 1,472 ilyon manat xalis mənfəətlə başa vurub.

"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 25 % çoxdur.

Ötən il "Prior Leasing"in vergiyəqədərki mənfəəti 1,843 milyon manat (24,9 % çox), mənfəət vergisi ödəmələri isə 370 min manat (24,2 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Prior Leasing"in aktivləri 108,539 milyon manat olub ki, bu da illik müqyisədə 20,4 % çoxdur. Hesabat dövrünə şirkətin öhdəlikləri 16,8 % artaraq 97,017 milyon manata, balans kapitalı isə 63,4 % artaraq 11,522 milyon manata çatıb.

Xatırladaq ki, "Prior Leasing" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 milyon manatdır. Şirkətin təsisçiləri 99,875 % payla Afaq Məcidova və 0,125 % payla İlkin İskəndərovdur.