​​​​​​​“Prior Credit" BOKT-un zərəri 40 dəfə artıb

Maliyyə
  • 03 iyun, 2022
  • 09:05
​​​​​​​“Prior Credit BOKT-un zərəri 40 dəfə artıb

“Prior Credit" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 520 min manat zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 40 dəfə çoxdur.

Bu il yanvarın 1-nə “Prior Credit"in aktivləri 2,574 milyon manat olub ki, bu da illik müqayisədə 9 dəfə çoxdur. Bunun 2,345 milyon manatı müştərilərə verilmiş kreditlərdir. BOKT-un kredit portfeli ötən il formalaşıb.

Hesabat dövründə “Prior Credit"in 107 min manatlıq öhdəlikləri də formalaşıb, balans kapitalı isə 8,6 dəfə artaraq 2,467 milyon manata, o cümlədən nizamnamə kapitalı isə 10 dəfə artaraq 3 milyon manata çatıb.

Xatırladaq ki, “Prior Credit" 2020-ci ildə yaradılıb. 

44 - Tezliklə