"Prior Credit" BOKT-un aktivləri 18 %-dən çox azalıb
- 28 iyun, 2025
- 12:45
Yeniliklərdən dərhal xəbərdar olun!
"Prior Credit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 117 min manat xalis mənfəətlə başa vurub.
"Report" xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 12,5 % çoxdur.
Ötən il "Prior Credit"in vergiyəqədərki mənfəəti 125 min manat (əvvəlki ilə nisbətən 3,8 % az), mənfəət vergisi ödəmələri 8 min manat (3,3 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə "Prior Credit"in aktivləri 3,883 milyon manat olub ki, bu da illik müqayisədə 18,3 % azdır. Bunun 3,671 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 28,9 % kiçilib.
Hesabat dövründə "Prior Credit"in öhdəlikləri 46,1 % artaraq 1,538 milyon manata, balans kapitalı isə 5,2 % artaraq 2,346 milyon manata çatıb.
Xatırladaq ki, "Prior Credit" 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,1 milyon manatdır. BOKT-un təsisçisi 100 % "Prior Leasing" ASC-dir.