"Premium Bank" nizamnamə kapitalını artırıb

Maliyyə
  • 29 aprel, 2025
  • 13:41
Premium Bank nizamnamə kapitalını artırıb

"Premium Bank" ASC nizamnamə kapitalını 19 999 980 manat və yaxud 12,9 % artırıb.

"Report" xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 154 manat olan 129 870 ədəd yeni səhm buraxılıb.

Səhmlər qapalı üsulla yerləşdirilib. Son nəticədə Bankın nizamnamə kapitalı 154 601 370 manatdan 174 601 350 manata çatıb.

Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib.

44 - Tezliklə