"Premium Bank" maliyyə vəziyyətini açıqlayıb
- 15 yanvar, 2026
- 17:06
"Premium Bank" ASC 2025-ci ili 11,356 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 17,3 % çoxdur.
Ötən il "Premium Bank"ın gəlirləri 53,7 milyon manat (əvvəlki ilə nisbətən 9,2 % çox), xərcləri 40,188 milyon manat (5,8 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 987 min manat (15,8 % az), mənfəət vergisi ödəmələri isə 3,143 milyon manat (16,5 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Premium Bank"ın aktivləri 677,669 milyon manat olub ki, bu da illik müqayisədə 5,7 % çoxdur. Bunun 469,986 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,6 % böyüyüb.
Hesabat dövründə "Premium Bank"ın öhdəlikləri 3,7 % artaraq 480,278 milyon manat, o cümlədən depozit portfeli 4,3 % artaraq 394,173 milyon manat, balans kapitalı isə 11 % artaraq 197,391 milyon manat, o cümlədən nizamnamə kapitalı 12,9 % artaraq 174,601 milyon manat olub.
Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları 84,46 % payla "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.