"Premium Bank"ın mənfəəti 4 %-dən çox azalıb

Maliyyə
  • 14 oktyabr, 2025
  • 18:35
Premium Bankın mənfəəti 4 %-dən çox azalıb

"Premium Bank" ASC bu ilin yanvar-sentyabr aylarını 9,092 milyon manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,3 % azdır.

9 ay ərzində "Premium Bank"ın gəlirləri 39,228 milyon manat (illik müqayisədə 6,1 % çox), xərcləri 29,437 milyon manat (6,9 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 700 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə "Premium Bank"ın aktivləri 659,615 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,3 % çoxdur. Bunun 468,798 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,2 % böyüyüb.

Hesabat dövründə "Premium Bank"ın öhdəlikləri 2,1 % azalaraq 462,894 milyon manat, o cümlədən depozit portfeli 1,3 % artaraq 378,353 milyon manat, balans kapitalı isə 10,6 % artaraq 196,721 milyon manat, o cümlədən nizamnamə kapitalı isə 12,9 % artaraq 174,601 milyon manat olub.

Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları 84,46 % payla "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.

Son xəbərlər

Bütün Xəbər Lenti