“Premium Bank”ın mənfəəti 38 %-dən çox azalıb

Maliyyə
  • 16 aprel, 2025
  • 09:57
“Premium Bank”ın mənfəəti 38 %-dən çox azalıb

“Premium Bank” ASC bu ilin I rübünü 1,582 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,4 % azdır.

Yanvar-mart aylarında “Premium Bank”ın gəlirləri 11,846 milyon manat (illik müqayisədə 1,7 % çox), xərcləri 8,964 milyon manat (2,8 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,301 milyon manat (3,6 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Premium Bank”ın aktivləri 667,08 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,2 % azdır. Bunun 456,173 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,5 % kiçilib.

Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 1,8 % azalaraq 486,858 milyon manata, o cümlədən depozit portfeli 3,3 % azalaraq 401,345 milyon manata düşüb, balans kapitalı isə 0,3 % artaraq 180,222 milyon manata çatıb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.

44 - Tezliklə