“Premium Bank”ın mənfəəti 105 dəfə azalıb

Maliyyə
  • 23 iyul, 2022
  • 07:56
“Premium Bank”ın mənfəəti 105 dəfə azalıb

“Premium Bank” ASC bu ilin I yarısını 78 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 105,4 dəfə azdır.

Yanvar-iyun aylarında “Premium Bank”ın gəlirləri 22,824 milyon manat (illik müqayisədə 0,2 % az), xərcləri 17,42 milyon manat (22,2 % az), xüsusi ehtiyatlara ayırmaları isə 5,325 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Premium Bank”ın aktivləri 682,593 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,5 % çoxdur. Bunun 478,171 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə bankın kredit portfeli 8 % kiçilib.

Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 5,4 % artaraq 503,676 milyon manata, o cümlədən depozit portfeli 4,2 % artaraq 456,549 milyon manata çatıb, balans kapitalı isə 5 % azalaraq 178,917 milyon manata düşüb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.

44 - Tezliklə