“Premium Bank”ın aktivləri 9 % azalıb
- 26 yanvar, 2023
- 07:32
Yeniliklərdən dərhal xəbərdar olun!
“Premium Bank” ASC 2022-ciili 5,466 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 2,8 dəfə çoxdur.
Ötən il “Premium Bank”ın gəlirləri 48,86 milyon manat (əvvəlki illə müqayisədə 3,7 % çox), xərcləri 38,315 milyon manat (19,9 % az), xüsusi ehtiyatlara ayırmaları 1,904 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri 3,176 milyon manat (27,2% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Premium Bank”ın aktivləri 692,202 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9 % azdır. Bunun 427,635 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə bankın kredit portfeli 15,2 % kiçilib.
Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 11,3 % azalaraq 509,638 milyon manata, o cümlədən depozit portfeli 10 % azalaraq 466,49 milyon manata, balans kapitalı isə 1,8 % azalaraq 182,564 milyon manata düşüb.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.