“Plato Capital and Co. İnvestisiya Şirkəti"nin zərəri 16 % azalıb

Maliyyə
  • 08 iyun, 2023
  • 07:32
“Plato Capital and Co. İnvestisiya Şirkətinin zərəri 16 % azalıb

“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC 2022-ci ili 79 min manat zərərlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 16 % azdır.

Bu il yanvarın 1-nə “Plato Capital and Co.”nun aktivləri 422 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,6 % azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 4,6 % azalaraq 209 min manata, balans kapitalı isə 27 % azalaraq 214 min manata düşüb.

Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə "Plato Menecment"ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 816 min manatdır. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə Birləşmiş Ərəb Əmirliklərinin “Fubies Bia Investments Lımıted” investisiya şirkətinə məxsusdur.