“Petkim” bu gün dividend ödənişinə başlayır
- 03 may, 2018
- 08:33
Bakı. 3 may. REPORT. AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” bu gün dividend ödənişinə başlayır.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, şirkət 1 Türkiyə lirəsi nominal dəyərində səhm üçün 0,306 lirə xalis mənfəət ödəyəcək.
Qeyd edək ki, dividend ödənişinin məbləği və tarixi bu il martın 30-da “Petkim”in 2017-ci il üzrə fəaliyyətinə dair İdarə Heyətinin iclasında elan olunub.
Şirkət 2017-ci ildə əldə etdiyi mənfəətindən səhmdarlara 690 mln. Türkiyə lirəsi məbləğində dividend ödəyəcək. “SOCAR Turkey Petrokimya A.Ş”nin əldə edəcəyi dividendin məbləği 351,9 mln. lirə olacaq.
Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”in 51%-lik səhm paketini 2,04 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Şirkətin qalan səhmləri isə İstanbul Fond Birjasında ("Borsa İstanbul") dövriyyədədir.