“PAŞA Yatırım Bankası”nın istiqrazlarına 9 investor maraq göstərib

Maliyyə
  • 30 may, 2024
  • 13:49
“PAŞA Yatırım Bankası”nın istiqrazlarına 9 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası”nın 25 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 250 ədəd istiqraz premium bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Hərraca 9 investor 25 milyon ABŞ dollarlıq 9 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 6,19 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin əsas anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, digər anderrayterləri isə “ABB-İnvest İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.