“PAŞA Yatırım Bankası”nın istiqrazları listinqə daxil edilib

Maliyyə
  • 14 may, 2024
  • 13:37
“PAŞA Yatırım Bankası”nın istiqrazları listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası”nın 25 milyon ABŞ dolları dəyərində istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 25 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 1 iş günü qalmış hərracın baş tutacağı tarix Birjanın internet səhifəsində açıqlanacaq.

İstiqrazlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 6,19 %-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin əsas anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, digər anderrayterlər isə “ABB-İnvest İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 filmi