"PAŞA Sığorta" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 09 aprel, 2026
  • 13:21
PAŞA Sığorta maliyyə vəziyyətini açıqlayıb

"PAŞA Sığorta" ASC 2025-ci ili 39,506 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 5,3 % azdır.

Ötən il "PAŞA Sığorta"nın vergiyəqədərki mənfəəti 48,282 (əvvəlki ilə nisbətən 6 % az), mənfəət vergisi ödəmələri isə 8,776 milyon manat (9,2 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "PAŞA Sığorta"nın aktivləri 316,043 milyon manat olub ki, bu da illik müqayisədə 13,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 17,8 % artaraq 218,834 milyon manata, balans kapitalı isə 5 % artaraq 97,209 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.