“PAŞA Kapital” daha 2 şirkətin istiqraz emissiyasının anderrayteri olacaq

Maliyyə
  • 28 oktyabr, 2021
  • 06:49
“PAŞA Kapital” daha 2 şirkətin istiqraz emissiyasının anderrayteri olacaq

“Bu ilin sonuna qədər “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC daha 2 şirkətin istiqraz emissiyasının reallaşdırılmasında anderrayter kimi iştirak edəcək”.

“Report” xəbər verir ki, bunu maliyyə qurumun direktoru Ceyhun Hacıyev bildirib.

Bununla belə, o, söhbətin konkret olaraq hansı şirkətlərdən getdiyini açıqlamayıb: “Sadəcə onu deyə bilərəm ki, onlar iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərir”.

Bundan başqa, C.Hacıyev əlavə edib ki, rəhbərlik etdiyi investisiya şirkəti bir qədər əvvəl “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsinin istiqrazlarının yerləşdirilməsində də iştirak edib və bu qiymətli kağızlara Azərbaycanda böyük maraq var.