"PAŞA Holdinq"in banklarının rəhbərliyində dəyişiklik olub

Maliyyə
  • 18 mart, 2025
  • 14:50
PAŞA Holdinqin banklarının rəhbərliyində dəyişiklik olub
Rövşən Allahverdiyev

"PAŞA Holdinq" MMC-yə məxsus "PAŞA Bank" və "Kapital Bank" ASC-lərin rəhbərliyində dəyişiklik olub.

"Report"a daxil olan məlumata görə, "PAŞA Bank"ın Müşahidə Şurasının (MŞ) Mir Camal Paşayev vəzifəsini tərk edib, onun yerinə Rövşən Allahverdiyev təyin edilib.

O, indiyə qədər "Kapital Bank"ın MŞ-nın sədri olub. Bu vəzifə isə Fərid Məmmədova həvalə olunub.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq"ə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə məxsusdur.

Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq"dir.