“PAŞA Həyat Sığorta” ötənilki xalis mənfəətinin 78%-ni dividend kimi ödəyib

Maliyyə
  • 23 avqust, 2023
  • 05:04
“PAŞA Həyat Sığorta” ötənilki xalis mənfəətinin 78%-ni dividend kimi ödəyib

“PAŞA Həyat Sığorta” ASC ötən il əldə etdiyi 39,527 milyon manat xalis mənfəətin 30,756 milyon manatını və yaxud 77,8 %-ni dividend kimi səhmdarına ödəyib.

“Report” xəbər verir ki, bu barədə şirkətin illik idarəetmə hesabatında bildirilir.

Sənədə əsasən, ödəniş sənədsiz, adlı, adi səhmlər üzrə həyata keçirilib.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.