Azərbaycan bankı Türkiyədə istiqraz buraxıb

Maliyyə
  • 26 yanvar, 2023
  • 10:16
Azərbaycan bankı Türkiyədə istiqraz buraxıb

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası" qonşu ölkədə aqrar sektoru dəstəkləmək üçün istiqraz buraxıb və aktivləri ilə təmin edib.

“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, ümumi dəyəri 100 milyon Türkiyə lirəsi olan qiymətli kağızlar 216 gün müddətinə, illik 37 % gəlirliliklə buraxılıb.

Bununla da, “PAŞA Yatırım Bankası"nın aqrar sektora dəstək üçün emissiya etdiyi istiqrazların ümumi dəyəri 1 milyard lirəni keçib.

Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (təxminən 58 milyon manat). Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.

44 filmi