"PAŞA Bank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 15 yanvar, 2026
  • 16:06
PAŞA Bank maliyyə vəziyyətini açıqlayıb

"PAŞA Bank" ASC 2025-ci ili 148,896 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 29,3 % azdır.

Ötən il "PAŞA Bank"ın gəlirləri 807,967 milyon manat (əvvəlki ilə nisbətən 10,8 % çox), xərcləri 557,649 milyon manat (19,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 48,636 milyon manat (əvvəlki il qənaət edib), mənfəət vergisi ödəmələri isə 52,786 milyon manat (7,2 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "PAŞA Bank"ın aktivləri 9 milyard 407,313 milyon manat olub ki, bu da illik müqayisədə 14,4 % çoxdur. Bunun 3 milyard 333,238 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3 % böyüyüb.

Hesabat dövründə "PAŞA Bank"ın öhdəlikləri 16,1 % artaraq 8 milyard 489,548 milyon manat, o cümlədən depozit portfeli 17,8 % artaraq 7 milyard 552,109 milyon manat, balans kapitalı isə 1,2 % artaraq 917,765 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti