"PAŞA Bank"ın xalis mənfəəti azalıb

Maliyyə
  • 15 oktyabr, 2024
  • 05:28
PAŞA Bankın xalis mənfəəti azalıb

“PAŞA Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 146,778 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,3 % azdır.

9 ay ərzində “PAŞA Bank”ın gəlirləri 554,121 milyon manat (illik müqayisədə 13,1 % çox), xərcləri 353,534 milyon manat (29,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 15,265 milyon manat (42,8 % az), mənfəət vergisi ödəmələri isə 38,543 milyon manat (9,3 % az) təşkil edib.

Bu il oktyabrın 1-nə “PAŞA Bank”ın aktivləri 8 milyard 575,821 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,2 % çoxdur. Bunun 3 milyard 142,665 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 18,9 % böyüyüb.

Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 3,7 % artaraq 7 milyard 737,07 milyon manata, o cümlədən depozit portfeli 4,1 % artaraq 6 milyard 860,168 milyon manata, balans kapitalı isə 8,6 % artaraq 838,752 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.