"PAŞA Bank"ın xalis mənfəəti 58% artıb

Maliyyə
  • 26 oktyabr, 2022
  • 17:38
PAŞA Bankın xalis mənfəəti 58% artıb

“PAŞA Bank” ASC bu ilin yanvar-sentyabr aylarında 109,712 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 58,35% çoxdur.

9 ay ərzində “PAŞA Bank”ın əməliyyat gəlirləri 367,823 milyon manat (illik müqayisədə 28,75% çox), əməliyyat xərcləri 217,935 milyon manat (31% çox), xüsusi ehtiyatlara ayırmaları 3,787 milyon manat (88% az), mənfəət vergisi ödəmələri isə 36,389 milyon manat (92,85% çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “PAŞA Bank”ın aktivləri 7 606,015 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 25,35% çoxdur. Bunun 2 620,469 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,1% böyüyüb.

Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 26,8% artaraq 6 984,762 milyon manata, o cümlədən depozit portfeli 35,1% artaraq 6 117,833 milyon manata, balans kapitalı isə 11% artaraq 623,253 milyon manata çatıb.