"PAŞA Bank"ın Türkiyədəki törəməsi maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 09 avqust, 2025
  • 09:30
PAŞA Bankın Türkiyədəki törəməsi maliyyə vəziyyətini açıqlayıb

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” bu ilin I yarısını 276,616 milyon lirə (11,065 milyon manat) xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur.

Yanvar-iyun aylarında "PAŞA Yatırım Bankası"nın vergiyəqədərki mənfəəti 242,339 milyon lirə (9,694 milyon manat, 1 il əvvələ nisbətən 0,6 % çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 34,277 milyon lirə (1,371 milyon manat; 1 il əvvələ nisbətən 2,4 dəfə çox) təşkil edib.

Bu il iyulun 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 13 milyard 327,780 milyon lirə (533,111 milyon manat) olub ki, bu da illik müqayisədə 27,8 % çoxdur. Bunun 6 milyard 055,114 milyon lirəsi (242,205 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 22,1 % böyüyüb.

Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 27,4 % artaraq 11 milyard 300,595 milyon lirəyə (452,024 milyon manat), balans kapitalı isə 29,9 % artaraq 2 milyard 027,185 milyon lirəyə (81,087 milyon manat) çatıb.

Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (20 milyon manat). Bankın səhmlərinin 71,75 %-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 28,21 %-i “PAŞA Bank”a, 0,04 %-i isə “Aksoy Holdinq”ə məxsusdur.

1 lirə = 0,04 manat

44 filmi